EN

Valideynlər, diqqət: Övladınızın yaradıcılığı sizə 500 manata başa gələ bilər

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Nizami Kino Mərkəzinin divarında qrafiti çəkilməsi paytaxtın mərkəzində yerləşən mədəni-tarixi əhəmiyyətli binaya qarşı açıq vandallıq aktı kimi qiymətləndirilir. Bu cür əməllər yalnız estetik deyil, həm də qanunvericilik baxımından ciddi problem yaradır.Məsələ barədə Demokrat.az-a açıqlama verən hüquqşünas Rəşad Əliyev bildirib ki, Azərbaycan qanunvericiliyində vandalizmə tətbiq olunan cəzalar kifayət qədər sərt deyil: "Qrafiti çəkən şəxslər həm cərimə, həm də ictimai işlərə cəlb oluna bilər. Hadisəni törədən şəxslər əgər 18 yaşdan kiçikdirsə, məsuliyyət onların valideynlərinə də düşür. Valideynlər övladlarının hərəkətlərinə görə hüquqi və inzibati məsuliyyət daşıyır. Bu, həm də sosial mesaj verir ki, uşaqların davranışına nəzarət vacibdir. Qanun çərçivəsində, məktəb yaşlı uşaqlar müəyyən maarifləndirici tədbirlər və ictimai işlərə cəlb oluna bilər. Bu cəzalar həm xəbərdaredici, həm də öyrədici xarakter daşıyır”. O bildirib ki, Valideynlər övladlarının küçədəki davranışlarını yaxından izləməli və onları düzgün istiqamətləndirməlidir:Vəkil valideynlərin övladlarını düzgün istiqamətləndirməli olduğunu vurğulayır. Yaradıcılıq üçün fərqli imkanların olduğunu xatırladan hüquqşünas dövlət mülkiyyətinə zərər verməyin sənət nümunəsi sayıla bilməyəcəyini deyir. Hazırkı qanunlara əsasən vandalizm törədən şəxslər 200 manatdan 500 manata qədər cərimə edilə bilər. Hüquqi tədbirlər və valideyn nəzarəti gücləndirildikdə belə halların azalacağı gözlənilir. Məqsəd təkcə cəzalandırmaq deyil, gənclərdə məsuliyyət hissini formalaşdırmaqdır.“Yaradıcılıq imkanları çoxdur, amma dövlət mülkiyyətini məhv etmək heç bir yaradıcılıq nümunəsi deyil. Cəmiyyət bu tip hallara laqeyd yanaşmamalıdır. Hüquqi tədbirlər, maarifləndirmə və valideyn nəzarəti birgə işlədikdə belə hallar azalacaq. Hadisəni törədən uşaqların məsuliyyəti qanun çərçivəsində müəyyən olunur, amma valideynlərin rolu və ictimai tənqid daha böyük təsir göstərir. Məqsəd yalnız cəza deyil, həm də məsuliyyət hissinin formalaşdırılmasıdır. Azərbaycan qanunvericiliyinə görə, vandalizm törədən şəxslər 200-500 manat məbləğində inzibati cərimə oluna bilər. Əgər törədilən əməllər 18 yaşdan kiçik uşaqlar tərəfindən edilibsə, cərimə və məsuliyyət valideynlərə də tətbiq olunur”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
demokrat.az

1Sources