EN

Qızım mənə ana demir

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müğənni Ayan Babakişiyeva  açqılaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, "Günə uğurla" verilişində şəxsi həyatı və qızı Selena ilə münasibətindən danışıb:

"İnsanlar iş tələb edir. Amma bizim də sıxıntılarımız, maddi çətinliklərimiz olur və nəyisə ərsəyə gətirə bilmirik. Amma küçədə, məkanda insanların yaxınlaşıb, sevgi göstərdiyini görəndə hər şey keçir. Kişi və qadın arasında olan bu hisslər müqəddəsdir. Övladın atası olsa da, yük anaya düşür. Atalar bala üçün özəl diqqəti ayırır. Amma ana əsasdır. Uşaq böyüdükcə problem, qayğı, tələbat böyüyür. Deyirlər, şou-biznes... Amma biz sənətçilərin övladı çox tərbiyəlidir. Biz o qədər problem yaşayırıq ki, səhnədə üzümüz gülür, amma arxada problemdir. Ona görə də övladımıza hər şey edirik ki, problemsiz böyüsün. Biz bir gün ölmək üçün hər gün yaşayırıq. O qədər maddi sıxıntılarım olub ki, bunu açıq tamaşaçıya demirəm. Milyonçu, milyarder deyiləm. Mənim də uşağıma "yox" dediyim an olub. Efirdə ağlamayacağam, çünki Selena yutubda baxanda soruşur ki, Ayan, niyə ağladın? Qızım mənə "ana" yox, "Ayan" deyir. Deyirlər, övlad anaya adını deyəndə ömrü uzanır".

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
4
news.milli.az

5Sources