EN

Körfəzdə böhran: Hindistan neft üçün Rusiyaya yönəlir

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hindistanın Hörmüz boğazında yaranmış gərginlik səbəbindən enerji tədarükündə çətinliklərlə üzləşdiyi və bu vəziyyəti kompensasiya etmək üçün yenidən Rusiya neftinə yönəldiyi bildirilir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyada nəşr olunan "The Economist” jurnalının məlumatına görə, ABŞ və İsrailin hücumları, eləcə də İranın cavab tədbirləri nəticəsində Hörmüz boğazı faktiki olaraq bağlanıb. Bu isə Hindistanı alternativ neft mənbələri axtarmağa məcbur edib.

Hesabatda qeyd olunur ki, əvvəllər Hindistan gündəlik neft idxalının təxminən yarısını – 2,5 milyon barelini əsasən İraq, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi Yaxın Şərq ölkələrindən təmin edirdi. Lakin mövcud vəziyyət səbəbindən bu göstərici təxminən yarıya qədər azalıb.

Bildirilir ki, İran bəzi Hindistan bayrağı altında üzən mayeləşdirilmiş neft qazı (LPG) tankerinin boğazdan keçməsinə icazə versə də, milyonlarla barel neft hələ də Körfəz bölgəsində qalıb.

Məlumata görə, Hindistan yaranmış çatışmazlığı aradan qaldırmaq üçün yenidən Rusiya neftinə üstünlük verir. Belə ki, Rusiyanın Hindistanın neft idxalındakı payı bir müddət əvvəl 25 faizə qədər azalsa da, hazırda yenidən artmaqdadır.

Hesabatda vurğulanır ki, münaqişə başlayandan bəri Hindistan Rusiyadan təxminən 30 milyon barel neft idxal edib. Bu həcm Körfəz regionundan əldə edilə bilməyən təxminən iki həftə yarımlıq tədarükə bərabərdir.

Gülay

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
azxeber.com

1Sources