EN

Sabahdan başlayan intensiv yağışlar subasmalara səbəb ola bilər - XƏBƏRDARLIQ

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında aprelin 4-ü səhərdən 6-sıgündüzədək arabir yağış yağacağı gözlənilir.

Bu barədə Trend-in sorğsunacavab olaraq Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.

Bildirilir ki, yarımadanın bəzi yerlərində yağışınintensivləşəcəyi, 4-də gün ərzində isə qısa müddətə güclü olacağı,şimşək çaxacağı ehtimalı var. Gözlənilən intensiv və arabirgüclənən yağışların şəhərətrafı subasmaya meyilli olan ərazilərətəsir göstərəcəyi ehtimal olunur.

Azərbaycanın rayonlarında aprelin 4-ü səhər qərb rayonlarındanbaşlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılıolacağı, bəzi yerlərdə yağıntıların intensiv, ayrı-ayrı şərqrayonlarında isə güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi,bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusən dəQuba-Qusar bölgəsinin çaylarından qısamüddətli daşqın və selkeçəcəyi istisna olunmur.

Aprelin 4-7-də gözlənilən yağıntılı hava şəraitindən sonra 7-sigündüz və 8-də yağıntıda qısa fasilə yaransa da, 9-u gündüzdənyenidən yağıntılı hava şəraiti müşahidə olunacaq.

Qeyd edək ki, aprel ayının birinci ongünlüyündə ölkə ərazisindəhava şəraiti dəyişkən, fasilələrlə yağıntılı keçəcək.

Chosen
11
49
az.trend.az

10Sources