EN

Ukrayna ordusunu Donbasdan çıxarmalıdır Kreml

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Xüsusi hərbi əməliyyat”ın qaynar mərhələsinə son qoymaq üçün Ukrayna qoşunlarını Donbasdan çıxarmalıdır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya bunun üçün Ukraynaya heç bir son tarix qoymayıb.

Peskov vurğulayıb ki, Rusiya bütün göstərilən məqsədlərə çatana qədər “xüsusi hərbi əməliyyatı” davam etdirəcək.

Kremlin sözçüsü Kiyevin qoşunlarını Donbasdan “bu gün, ya da daha yaxşısı, dünən” çıxarmalı olduğunu əlavə edib:

“Ukraynanın qoşunlarını Donbasdan çıxarması münaqişənin siyasi və diplomatik yolla həllinə keçidi asanlaşdırardı”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
7
globalinfo.az

8Sources