EN

Milli komandanın toplanışına görə Əvəzedicilər Liqasında fasilə olacaq

Bakı, 3 aprel, AZƏRTAC

2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatına hazırlıq məqsədilə U-20 milli komandasının təlim-məşq toplanışı olacaq.

Peşəkar Futbol Liqasından (PFL) AZƏRTAC-a verilən məlumata görə, hazırlıq prosesi 13-26 aprel tarixlərini əhatə edəcək.

AFFA və PFL-in məsləhətləşmələrindən sonra bütün potensial futbolçuların sınaqdan keçirilməsi məqsədilə Əvəzedicilər Liqasının təqvimində iştirakçı komandaların məlumatlandırılması şərtilə dəyişiklik ediləcək. Belə ki, çempionatın aprelin 13-də keçiriləcək oyunlarından sonra yarışda ikihəftəlik fasilə yaranacaq.

Yarışın oynanılmayan hissəsinin yeni təqvimi ilə bağlı əlavə məlumatlar veriləcək.

Chosen
20
7
azertag.az

10Sources