EN

Zelenski Ukrayna ordusunun mövqelərini son 10 ayda ən güclü adlandırıb

Ukrayna hazırda son 10 ayda döyüş meydanında ən güclü mövqeləri tutur.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski NewsNation televiziya kanalına verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Rusiya qoşunları son 90 gün ərzində heç bir konkret nəticə əldə edə bilməyiblər ki, bu da Ukrayna Silahlı Qüvvələrinin hazırkı üstünlüyünü göstərir.

Zelenski müsahibədə Rusiyanı İranla kəşfiyyat məlumatlarını paylaşmaqda da ittiham edib. O, kəşfiyyat məlumatlarına istinad edib, lakin bu iddiaları dəstəkləyən heç bir dəlil təqdim etməyib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
38
herbiand.az

1Sources