EN

Nərmin bu dəfə İlhamə Quliyevadan oxudu

Müğənni Nərmin Kərimbəyova “Səninəm” adlı keçmişin meqa hitinə müraciət edib.

Publika.az xəbər verir ki, sözügedən kompozisiyanın musiqisi millət vəkili, bəstəkar Novruz Aslana, sözləri isə təkrarolunmaz Xanım İsmayılqızına məxsusdur.
"Səninəm" mərhum sənətkar İlhamə Quliyevanın repertuarından sevilmişdi.

Ötən ilin yay aylarında İTV-də yayımlanan “İllərin Nəğmələri” adlı layihədə Nərminin “Səninəm” ifası ilə iştirakı bir çoxlarının, həmçinin mahnı müəllifinin diqqətini çəkmişdi.

Novruz Aslan mahnının yeni tərz aranjimanla ifa olunmasını və ifaçıya bu işdə hər cür dəstək olacağını bildirmişdi. Yeni aranjiman Rasim Əsgərov və Dahinə həvalə olundu. Bəstənin yeni versiyada səslənməsi, mahnının orijinal abu-havasını dəstəkləyərək Nərminin səhnə şıltağlığını daha da vurğuladı və ərsəyə yenilənmiş tam yay atmosferli “Səninəm” mahnısı gəldi.

Chosen
12
5
publika.az

6Sources