AFFA-nın ötən il ərzində əldə etdiyi nailiyyətlər təqdirəlayiqdir.
Sportinfo.az xəbər verir ki bunu FIFA-nın regional meneceri Marion Gavat AFFA-nın Hesabat Konfransında deyib.
O, milli assosiasiya tərəfindən görülən işləri yüksək qiymətləndirib:
"Biz federasiya və rəhbərlik tərəfindən nümayiş etdirilən peşəkarlığı, operativliyi və əməkdaşlıq ruhunu yüksək qiymətləndiririk.
Gələn il də bu müsbət münasibətlərin davam etməsini səbirsizliklə gözləyirik. AFFA-nın ötən il ərzində əldə etdiyi nailiyyətlər təqdirəlayiqdir.
Bu münasibətlə həm federasiya prezidenti Rövşən Nəcəfi, həm də baş katibi Cahangir Fərəcullayevi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram".