BAKI, 3 aprel. TELEQRAF
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarəsinə hər hansı kənar müdaxilə olmayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ankara Şəhər Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Gürcüstan ərazisində qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı aparılan istintaq çərçivəsində hazırlanmış hesabata əsasən, təyyarəyə hər hansı kənar müdaxilə olmayıb və ya partlayıcı izinə rast gəlinməyib.
Təyyarə qəzası ilə bağlı araşdırmalar davam etdirilir.