EN

Kino Mərkəzinin binasına qraffiti çəkməklərini alqışlamıram, lakin... Replika

Kulis.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

2 apreldə gecə saatlarında paytaxtın Nəsimi rayonu ərazisində yerləşən Nizami Kino Mərkəzinin binasının fasadına naməlum şəxs və ya şəxslər tərəfindən boya ilə yazılar yazılması ilə bağlı araşdırma başladı.

3 apreldə Mərkəzin divarına qraffiti çəkən şəxslər saxlanılıblar.

Kulis.az "Replika" rubrikasında Mirmehdi Ağaoğlunun hadisəyə münasibətini təqdim edir.

Bu qraffiti məsələsini çox böyütdülər. Nə dəhşət hadisə baş verib?

Qraffiti çağdaş şəhər elementlərindəndir. Düzdür, mən uşaqların Nizami Kino Mərkəzinin binasına qraffiti çəkməklərini alqışlamıram, lakin bu qədər şişirtməyi də dəstəkləmirəm. Qraffiti sənəti Benksi kimi modern rəssam verib dünyaya. Guya Benksi divarları Bristol meriyasının icazəsi ilə yazırdı?

Təbii ki, yox. O adətən gecə gəlir, qısa zaman dilimində işini görüb yox olurdu. Yəni o binəvanı da o vaxt qısnayıb tutdaydılar, bəlkə dünya heç Benksini tanımayacaqdı.Yeri gəlmişkən, bununla bağlı sənədli film də var, tapıb baxa bilərsiz.

Deməyim odur ki, çağdaş rəssamlıq sənəti salonlardan küçələrə daşıyıb, çalışaq, dözümlü olaq.

Ancaq bu uşaqlar da divara yönlü bir "sənətsəl" şəkil çəkməyiblər ki, ürəklə müdafiə edəsən, sadəcə divarı yazıq-yuzuq ediblər. Adamın pisinə gələn odur.

Neynək, ümid edək, heç olmasa, bundan sonra səhvlərini düzəldib əsl sənət yaradarlar, daha cızma-qara yox.

Rubrikanın digər yazıları:

Adam da odu satarmı heç? - Replika

Falçılıq niyə qadağan edilməməlidir? - Replika

Bir vaxtlar doğmam idi ad günüm - Anardan ad günü şeiri

Öksüz, yaxud son busə - Əli bəy Hüseynzadənin hekayəsi

“Bu əlləri bir də öləndə buraxacam...” - Hoteldə çəkilən gizli videonun üstü necə açıldı?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
1
kulis.az

2Sources