EN

Sabah hava necə olacaq?

Bakı. Trend:

Aprelin 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkənbuludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabiryağış yağacağı gözlənilir.

Trend xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətininməlumatına əsasən, yarımadanın ayrı-ayrı yerlərində yağışınintensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərbküləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 14-16° isti olacaq.Atmosfer təzyiqi 751 mm civə sütunundan 754 mm civə sütununayüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın qərb rayonlarından başlayaraq bəzi yerlərdəfasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdəyağıntının intensiv, şərq rayonlarında güclü olacağı, şimşəkçaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalıvar. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdəarabir güclənəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-19° isti, dağlardagecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.

Məqalədə:
Chosen
34
4
az.trend.az

10Sources