EN

Melaniya Trampdan humanist addım: Ukraynalı uşaqların ailələrinə qovuşmasında vasitəçilik etdi

ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna arasında altı ukraynalı uşağın ailəsinə qovuşması barədə razılaşmanın əldə olunmasında vasitəçi qismində çıxış edib.

Bu barədə Ağ Evin yaydığı rəsmi açıqlamada bildirilir. Məlumatda qeyd olunur ki, daha bir uşaq isə bu ayın sonunadək yaxınlarının yanına göndəriləcək.

ABŞ-nin birinci xanımı öz bəyanatında bu məsələnin əhəmiyyətini xüsusi vurğulayıb: "Bu regionda uşaqların ailələrinə qovuşması müasir dövrün ən mühüm qlobal problemlərindən biri olaraq qalır".

O, həmçinin tərəflərin gələcək əməkdaşlığa sadiqliyinin onu ümidləndirdiyini bildirib.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında ABŞ-nin birinci xanımı öz komandasının uşaqların ailələri ilə təhlükəsiz şəkildə qovuşması məsələsi üzrə Rusiya tərəfi ilə birbaşa işlədiyini bəyan etmişdi.
Chosen
13
7news.az

1Sources