EN

Şumaxerin qızı atasının faciəsindən sonra atların ona köməyindən danışdı

ain.az bildirir, Milli.az portalına istinadən.

Yeddiqat "Formula-1" çempionu Mixael Şumaxerin qızı Cina-Maria Betke, 2013-cü ildə atasının faciəli qəzasının nəticələrinin öhdəsindən necə gəldiyini bölüşüb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  Betke atların ona çətinliyin öhdəsindən gəlməyə kömək etdiyini qeyd edir.

Bild-in məlumatına görə, Betke "Atamın qəzasından sonra özümü həqiqətən buna həsr etdim, çünki bir şey etməli idim. Atlar həmişə vacib olub, amma o vaxtdan bəri onlar... Mən onlarsız yaşaya bilmərəm. Onlar mənə hər şeyin öhdəsindən gəlməyə kömək etdilər" deyib.

Mixael Şumaxerin qızı o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb. Yanvar ayında "Daily Mail" qəzeti sürücünün artıq yataq xəstəsi olmadığını - əlil arabasından istifadə etdiyini və Mayorkadakı mülkündə təkərli arabalarla gəzdirilə biləcəyini yazıbi. O, həkimlər və tibb bacıları tərəfindən 24 saat qayğı görür.

Cinanın anası Korinna da xatirələrini bölüşüb: "Maykl bir dəfə Cina 10 yaşında olanda mənə dedi: "Cina səndən daha yaxşı olacaq. Çünki o, daha eqoistdir. İdmançı müəyyən mənada eqoist olmalıdır. Bu, möhtəşəmdir. Əks halda, heç nəyə nail ola bilməzsən". Bu gün düşünürəm: o, çox haqlı idi.

2025-ci ilin aprel ayında Cina, 2024-cü ilin sentyabrında evləndiyi əri İtan Betkedən ilk uşağını dünyaya gətirib. Onların toyu Mayorkadakı ailə villasında baş tutub. Mixael Şumaxerin mərasimdə iştirak etdiyi barədə şayiələr yayılsa da, rəsmi təsdiq yoxdur.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
2
news.milli.az

3Sources