Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Sosial şəbəkələrdə "Tesla Model S Plaid" modelinə aid batareya paketinin sökülməsini əks etdirən video geniş marağa səbəb olub. Görüntülərdə elektromobilin əsas enerji mənbəyinin quruluşu ətraflı şəkildə nümayiş etdirilir.
Avtosfer.az xəbər verir ki, bu modeldə istifadə olunan batareya paketi ümumilikdə 7920 ədəd 18650 tipli litium-ion hüceyrədən ibarətdir. Xarici görünüş baxımından bu elementlər bəzən məişətdə istifadə olunan batareyalara bənzədilsə də əslində onlar sənaye tipli, yüksək performanslı enerji hüceyrələridir.
Mütəxəssislər bildirirlər ki, 18650 tipli batareyalar yüksək boşalma cərəyanı, uzunömürlülük və təhlükəsizlik baxımından elektromobillərdə geniş tətbiq olunur. Bu hüceyrələrin bir paket daxilində birləşdirilməsi isə həm güc, həm də dayanıqlıq baxımından mühüm üstünlüklər yaradır.
Eltac Zülfüqaroğlu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.