EN

“80 yaşım var, işləmək istəmirəm” - Novruz Məmmədov

Sabiq Baş nazir Novruz Məmmədovun Azərbaycan Dillər Universitetindəki vəzifəsindən azad olunduğu ilə bağlı məlumat yayılıb.

Turkustan.az xəbər verir ki, məsələ ilə bağlı “qafqazinfo.az”a danışan Novruz Məmmədov bildirib ki, o bu vəzifədən iki ildən çoxdur çıxıb.

“Bu, yeni bir şey deyil. Mən bu vəzifədən çoxdan çıxmışam, hardasa iki ildən çoxdur. Hazırda təqaüd alıram, yaşım çoxdur, 80 yaşım var. Bu yaşımda işləmək istəmirəm. Həmin vaxt da öz ərizəmlə vəzifədən çıxmışdım. Harada istəsəm işləyə bilərəm, çünki öz istəyimlə işdən uzaqlaşmışam. Hansısa idarə və ya təşkilatdan təklif gələrsə, düşünə bilərəm, amma bu yaşda istirahət etmək istəyirəm”.

Qeyd edək ki, Novruz Məmmədov 2012-2017-ci illərdə Prezident Adminstrasiyasının rəhbərinin müavini, 2017-2018-ci ildə Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi, 2018-2019-cu ildə isə Baş nazir vəzifəsində çalışıb.

Chosen
26
4
turkustan.az

5Sources