EN

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

Avropa İttifaqının enerji üzrə komissarı xəbərdarlıq edib ki, bəzi "kritik məhsullar" üçün təchizat vəziyyəti yaxın həftələrdə daha da pisləşə bilər.

Avropa "uzunmüddətli enerji" şoklarına hazırlaşmalıdır ki, bu da yanacaq rasionlaşdırılmasını və strateji ehtiyatlardan daha çox neftin buraxılmasını tələb edə bilər. Aİ komissarı Dan Jørgensen “Financial Times” qəzetinə verdiyi açıqlamada Brüsselin Yaxın Şərq münaqişəsinin struktur, uzunmüddətli nəticələrini həll etmək üçün planlar hazırladığını qeyd edib.

Onun sözlərinə görə, Avropa Ittifaqi, Yaxın Şərqdəki müharibənin yaratdığı uzunmüddətli enerji şokuna hazırlıq məqsədilə bütün mümkün variantları nəzərdən keçirir. Buraya, hətta Aİ reaktiv yanacaq və ya dizel yanacağı kimi kritik məhsulların rasionlaşdırılması ehtiyacına hələ hazır deyilsə belə, "ən pis ssenarilərə hazırlıq" daxildir. " Sonrada heyfsilənməkdənsə, daha yaxşı hazırlıqlı olmaq lazımdır" - Jorgensen deyib.

O, xəbərdarlıq edib ki, bəzi "kritik əhəmiyyətli məhsullar" üçün təchizat vəziyyəti yaxın həftələrdə daha da pisləşə bilər. Bu şəraitdə üzv ölkələr bütün lazımi resurslara sahib olduqlarını təmin etməlidirlər.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

1Sources