EN

Azərbaycan Premyer Liqasında komanda sayı artırıla bilər

Azərbaycan Premyer Liqasında klub sayının artırılması potensial namizədlərin hazırlıq səviyyəsindən asılıdır.

Msport.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.

Onun sözlərinə görə, komanda sayının artması prinsipcə müzakirə mövzusudur:

“Lakin burada əsas məsələ infrastrukturun hazırlığıdır. Biz potensial olaraq hansı klubların çıxış edə biləcəyini və onların infrastrukturunu düzgün qiymətləndirməliyik. Məqsədimiz odur ki, çempionatda mübarizə aparacaq bütün klubların stadion məsələsini tam həll edək”.

R. Nəcəf qərarlar verilərkən rəqabətlilik və keyfiyyət ön plana çəkildiyini bildirib:

“Elə olmamalıdır ki, say artımı xatirinə bəzi klublara güzəşt edilsin və bu, ümumi balansı pozsun. Biz həm futbolun davamlılığını, həm də infrastrukturun səmərəliliyini artırmağa çalışırıq. Bu, çox incə bir balansdır”.

AFFA prezidenti bu mövzunun İcraiyyə Komitəsində müzakirə olunacağını deyib:

“Hazırda bu məsələni uzun müddətdir müzakirə edirik. İcraiyyə Komitəsinin növbəti iclaslarından birində bununla bağlı müvafiq qərarların verilməsi nəzərdə tutulur”

Chosen
31
6
msport.az

7Sources