EN

ABŞ Rusiyadan idxal olunan alüminiuma 200%-lik rüsumları qüvvədə saxladı

ABŞ Rusiyadan idxal edilən alüminium məhsullarına tətbiq olunan 200%-lik advalor rüsumları qüvvədə saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ administrasiyasının rəsmi sənədində qeyd olunub.

Sənədə əsasən, Rusiyada istehsal olunan və ya tərkibində Rusiyada əridilmiş ilkin alüminium olan bütün məhsullar, eləcə də Rusiyada tökülmüş alüminiumdan hazırlanmış məmulatlar əvvəlki kimi 200% həcmində rüsumla vergiyə cəlb olunacaq.

Qərara görə, bu məhdudiyyətlər yalnız xammala deyil, həm də tərkibində Rusiya mənşəli alüminium olan son məhsullara da şamil edilir. Bu isə faktiki olaraq belə məhsulların ABŞ bazarına idxalını ciddi şəkildə məhdudlaşdırır.

Qeyd edək ki, bu tədbirlər ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi məhdudiyyətlər çərçivəsində həyata keçirilir və əsas məqsəd Rusiya ixrac gəlirlərini azaltmaq, eyni zamanda yerli istehsalçıları qorumaqdır.

Chosen
6
ikisahil.az

1Sources