EN

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun inşası dekabra qədər başa çatacaq

Bu ilin dekabr ayına qədər Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisi başa çatacaq.

Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bu istiqamətdə fəaliyyətini davam etdirir.

Bu il həmçinin Naxçıvan Muxtar Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının, şəhər və kəndlərinin daxili avtomobil yollarının yenidən qurulmasının layihələndirilməsi həyata keçiriləcək.

Xatırladaq ki, Bakı şəhərini İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol - Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin tikintisinə 2021-ci ildən başlanılıb.

Chosen
9
5
olke.az

6Sources