ain.az, Marja.az saytına istinadən bildirir.
2 aprel tarixində “Sea Breeze The Grand”da “Swissôtel & Raffle Residences” layihəsi üzrə rəsmi müqavilə imzalanıb.
Marja xəbər verir ki, sənədi “Sea Breeze”in təsisçisi Emin Ağalarov, “Raffle Group”un həmtəsisçisi Rafail Nuri və “Accor Group”un vitse-prezidenti Filip Boné imzalayıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Layihə 13 mərtəbəli kompleks və 458 rezidensiyanı, hazır təmirli və jakuzili terrasları əhatə edir.
Açılış 2029-cu ilin ortasında planlaşdırılır.
Emin Ağalarov deyib: “Bu gün Sea Breeze üçün daha bir vacib imzalanma baş tutdu — “Swissôtel & Raffle Residences” apartamentləri layihəsinin həyata keçirilməsi üzrə müqavilə bağlandı. Yaxın zamanda kazino yaxınlığında kompleksin tikintisinə başlanacaq. Əminəm ki, “Swissôtel & Raffle Residences” layihəsi “Sea Breeze”in simvol obyektlərindən birinə çevriləcək. Əməkdaşlığa görə Rafael Nuri və “Accor Group”un inkişaf üzrə vitse-prezidenti Filippe Bone-yə təşəkkür edirəm”.
İş elanları AzVak.az-da
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.