EN

Ermənistan nümayəndələri Azərbaycana gələcək - Fərhad Məmmədov

Bakı. Trend:

Avqust görüşündən sonra Azərbaycan və Ermənistan arasında alisəviyyədə əlaqələrin sayı əhəmiyyətli dərəcədə artıb, həm birbaşa,həm də alternativ kanallar vasitəsilə iqtisadi fəaliyyətistiqamətində ilkin addımlar atılmağa başlanıb.

Trend xəbərverir ki, bunu "Sülh Körpüsü" Təşəbbüsünün əsas əlaqələndiricisiFərhad Məmmədov bu gün Bakıda təşəbbüs üzvlərinin qadın və gənclərtəşkilatlarının iştirakı ilə keçirilən “Azərbaycanda qadın vəgənclər təşkilatlarının sülh prosesinə cəlb edilməsi: “SülhKörpüsü” Təşəbbüsü çərçivəsində ictimai müzakirə” zamanıbildirib.

O qeyd edib ki, vətəndaş cəmiyyətinin sülhə hazırlığı məsələsidə aktiv şəkildə müzakirə olunur:

"Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrimünaqişənin ilk günlərindən etibarən müəyyən kontaktlar saxlayıb.Bu proses əvvəlcə kiçik qruplar çərçivəsində başlasa da, sonradanfəaliyyət dairəsi genişlənib.

Hazırkı sülh prosesi qeyri-adi xarakter daşıyır. Belə ki,müharibə başa çatsa da, sülh sazişinin imzalanması prosesindəErmənistan tərəfi müəyyən maneələr yaradır.

Dövlətlərarası münasibətlərin əsasları artıq formalaşdırılıb.Lakin bu razılaşmalar Ermənistan Konstitusiyasında dəyişiklikləbağlı referendum keçirilmədən qüvvəyə minə bilməz. Bu baxımdan ikiyanaşma mövcuddur: ya referendumun nəticələri gözlənilməli, ya damövcud kontaktlar davam etdirilməlidir.
Hər iki ölkənin cəmiyyətinə göstərilməyə çalışılır ki, əməkdaşlıqmümkündür. Xüsusilə tranzit və neft-benzin məhsullarının ötürülməsikimi iqtisadi sahələrdə real imkanların olduğunu qeyd edə bilərik.Siyasi və iqtisadi istiqamətlərdə müəyyən irəliləyiş müşahidəolunsa da, vətəndaş cəmiyyəti səviyyəsində proses hələ dəformalaşma mərhələsindədir.

Bu istiqamətdə artıq Avropa İttifaqı və BMT vasitəsilə müxtəlifdialoq platformaları yaradılıb. Bununla belə, tərəflər hesab edirki, dövlətlərarası münasibətlər ikitərəfli xarakter daşıdığındanüçüncü tərəfin birbaşa iştirakı məqsədəuyğun deyil.

Maraqlı məqamlardan biri də donor təşkilatların təşəbbüsləri iləbağlıdır. Belə ki, bir neçə beynəlxalq qurum fəaliyyətinmaliyyələşdirilməsinə hazır olduqlarını bildirsə də, tərəflərolarsq biz bu prosesi yalnız ikitərəfli formatda görməkistəyirik.

Hazırda bütün görüşlər dövlət tərəfindən təşkil edilir, birgəfəaliyyət üçün institusional mexanizmlərin isə hələ formalaşmayıb.Sülh sazişi imzalandıqdan və dövlətlərarası münasibətlər tamformalaşdıqdan sonra bu sahədə daha sistemli dəstək mexanizmləriyaradılacaq.

Prosesin əsas istiqamətləri iki sual ətrafında cəmlənir: sülhəyanaşma necə olmalıdır və praktik olaraq hansı addımlar atılabilər?

Yaxın vaxtlarda növbəti görüşün keçirilməsi planlaşdırılır vəErmənistan tərəfinin Azərbaycana səfəri gözlənilir. Görüş zamanıAzərbaycan vətəndaş cəmiyyətinin mövqeyi qarşı tərəfə təqdimediləcək və mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunacaq".

Qeyd edək ki, bu ictimai müzakirə Azərbaycanla Ermənistanvətəndaş cəmiyyəti nümayəndələri arasında aparılan dialoqnəticələrinin Azərbaycan vətəndaş cəmiyyəti ilə bölüşülməsi, mövcudvəziyyətin açıq müzakirəsi və gələcək üçün qadın və gənclərin cəlbedilməsinin praktik mexanizmlərin formalaşdırılması, təkliflərintoplanması məqsədi daşıyır.

Chosen
34
4
az.trend.az

4Sources