EN

Çelyabinsk-Moskva qatarı relsdən çıxdı - onlarla sərnişin yaralandı

Rusiya Federasiyasının Ulyanovsk vilayətində Çelyabinsk-Moskva qatarında yeddi vaqonun relsdən çıxmasından sonra RF İstintaq Komitəsi təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi açıb.

Musavat.com xarici mediaya istinala xəbər verir ki, Volqa bölgəsinin nəqliyyat prokurluğu hadisənin səbəblərini araşdırır.

Çelyabinsk vilayətinin qubernatoru Aleksey Teksler qatarda bölgənin 157 sakininin olduğunu açıqlayıb.

Ölüm hadisəsi baş verməyib. İlkin məlumatlara görə, iki sərnişin sınıq alıb: birinin ayağı, digərinin körpücük sümüyü sınıb. O, Telegram-da yazıb ki, iyirmi nəfər qançırlar alıb, biri uşaqdır.

Çelyabinsk vilayəti hökuməti bildirib ki, qatarın səkkiz vaqonunda 415 sərnişin olub, birinci vaqon isə relslərdə qalıb.

RT mənbəyinə görə, qəzanın ilkin səbəbi "dəmir yolu qırılması" olub.

Musavat.com

 

Chosen
30
2
musavat.com

3Sources