EN

Azərbaycanda ən çox vəsait "Qarabağ"a verilib

Azərbaycan klublarına 2025-ci ildə UEFA tərəfindən ayrılan maliyyə vəsaiti bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın hesabında bildirilib.

Ən çox vəsait "Qarabağ"a verilib. Ağdam təmsilçisi Avropa futbol qurumundan 61 milyon 123 min 325 manat alıb.

"Sabah"a 3 milyon 27 min 845 manat, "Araz-Naxçıvan"a 2 milyon 480 min 415 manat, "Zirə"yə 2 milyon 70 min 729 manat, "Neftçi"yə 1 milyon 23 min 94 manat, "Sumqayıt"a 833 min 496 manat, "Səbail"ə 706 min 895 manat, "Turan Tovuz"a 706 min 895 manat, "Kəpəz"ə 706 min 895 manat, "Qəbələ"yə 427 min 340 manat, "Şamaxı"ya 279 min 555 manat çatıb.

Chosen
35
31
sportinfo.az

10Sources