EN

Şirvanda neyrocərrahi əməliyyatların icrasına başlanılıb

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Regionlarda fəaliyyət göstərən tibb müəssisələrində müasir səhiyyə infrastrukturunun formalaşdırılması, əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam edir. 

“Cebheinfo.az” xəbər verir ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında neyrocərrahi əməliyyatların icrasına başlanılıb.

Əvvəllər əsasən paytaxtda yerləşən ixtisaslaşmış tibb müəssisələrində, o cümlədən paytaxtdan dəvət olunmuş mütəxəssislər tərəfindən həyata keçirilən bir sıra neyrocərrahi xidmətlər bundan sonra xəstəxanada yeni formalaşdırılmış komanda tərəfindən icra olunacaq. 

Tibb müəssisəsində neyrocərrahi xidmətlərin icrasına başlayan yeni heyətin ilk cərrahi əməliyyatı uğurla başa çatıb.

Əməliyyat xəstəxanaya ağır vəziyyətdə hospitalizasiya olunan 1984-cü il təvəllüdlü rayon sakini (qadın) üzərində həyata keçirilib. 

Pasiyent xəstəxanaya yerləşdirilərkən ona L5–S1 fəqərələri arasında yerləşən disk yırtığı diaqnozu təyin edilib və tibb müəssisəsinin həkim-neyrocərrahı Natiq Vəliyevin rəhbərliyi ilə mikrodiskektomiya əməliyyatının icrasına qərar verilib. 

Əməliyyatdan sonra pasiyentin vəziyyəti stabil olub, bərpa prosesində müsbət dinamika müşahidə olunub. 

Zəruri tibbi xidmətlər göstərilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Nigar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
48
1
cebheinfo.az

2Sources