EN

Azərbaycan millisinin dörd boksçusu Böyük İpək Yoluna qələbə ilə başlayıb FOTO

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turnirinə start verilib.

İdman.Biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin dörd boksçusu mərhələ adlayıb.

55 kq-da Nicat Hüseynov startda İon Plinqanı (Moldova) məğlub edib. Hər 3 raundu xeyrinə bitirən Avropa çempionu yekunda 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Bu çəkidə Zəlimxan Süleymanov komanda yoldaşı Kənan Babayevi mübarizədən kənarlaşdırıb. O, ikinci raundda tam üstünlüklə qələbə qazanıb. Mərhələ adlayan Süleymanovla Hüseynov 1/4 finalda bir-birinə rəqib olublar.

Mahmud Hüseynov (65 kq) gürcüstanlı Zviad Tçotçua döyüşə çıxmadığı üçün 1/4 finala vəsiqə qazanıb. O, bu mərhələdə komanda yoldaşı Zaur Qəhrəmanovla döyüşəcək.

65 kq-da Malik Həsənov da adını 1/4 finala yazdırıb. Boksçumuz ilk görüşdə Yiğit Usdan (Türkiyə) üstün olub – 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27). Həsənov növbəti qarşılaşmasında Levan Demurovini (Gürcüstan) sınağa çəkəcək.

Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turniri aprelin 7-də başa çatacaq.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
9
icma.az

10Sources