EN

"İran qələbəni elan etməli və müharibəyə son qoymalıdır" – Cavad Zərif


İranın sabiq xarici işlər naziri ölkəni müharibəni dayandırmaq üçün yeni razılaşmaya getməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Məhəmməd Cavad Zərif ABŞ-də nəşr olunan “Foreign Affairs” jurnalında dərc edilən məqaləsində bildirib.
Məqalədə Zərif İranın münaqişəni başa çatdırmaq üçün qələbə elan edib diplomatik razılaşmaya getməsinin mümkün olduğunu qeyd edib:
“İran qələbə elan etməli və həm müharibəyə son qoyan, həm də gələcək qarşıdurmaların qarşısını alan bir razılaşmanı təmin etməlidir”.
O, İranın nüvə proqramına müəyyən məhdudiyyətlər qoyması və Hörmüz boğazını yenidən açması qarşılığında bütün sanksiyaların ləğvini nəzərdə tutan razılaşmanın mümkün variant olduğunu vurğulayıb.
Chosen
44
12
yeniavaz.com

10Sources