EN

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

Bakı, 3 aprel, AZƏRTAC

AFFA 2025-ci ildə federasiyaların, üzvlərin və futbol akademiyalarının saxlanılması üçün ayrılan maliyyə vəsaitini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu istiqamə üzrə ayrılan ümumi vəsaitin məbləği 2 milyon 825 min 58 manat təşkil edib.

Ən böyük maliyyə dəstəyi Futzal Federasiyasına göstərilib. Belə ki, bu qurumun saxlanılmasına 1 milyon 631 min 458 manat vəsait verilib.

Futbolun İnkişaf Fonduna 384 min manat, Regional Futbol Federasiyaları İB-yə isə 208 min manat maliyyə dəstəyi ayrılıb. Aşağı yaş qrupları üzrə futbolun kütləviliyini təmin edən Uşaq və Gənclər Futbol Federasiyasının saxlanılması üçün 180 min manat, Çimərlik Futbolu Federasiyasına isə 138 min manat vəsait yönəldilib.

Bundan başqa, sosial məsuliyyət layihələri çərçivəsində Azərbaycan Əlillər Futbolu Federasiyası İB-yə 86 min manat, Sahə Futbol Federasiyasına 60 min manat, paytaxt futbolunun inkişafı məqsədilə isə Bakı Futbol Federasiyasına 45 min manat məbləğində vəsait verilib.

 

Chosen
28
4
azertag.az

5Sources