EN

Pakistanda polis bölməsi qarşısında partlayış - Ölən və yaralananlar var

Bakı. Trend:

Pakistanın şimal-qərbində polis bölməsinin qarşısında partlayıştörədilib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, kamikadze-terrorçunun idarə etdiyi avtomobildəquraşdırdığı partlayıcı qurğunu işə salması nəticəsində baş verənpartlayışdan azı 5 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Qanlı insident Xeybər Paxtunxva əyalətinin Bannu rayonunun Domelinzibati ərazisində baş verib. Partlayış dalğası nəticəsindəyaxınlıqdakı evlərə də ciddi ziyan dəyib.

Qurbanlardan üçü qadın, biri uşaqdır. Yerli rəsmilərinbildirdiyinə görə, təhlükəsizlik qüvvələri avtomobilə atəş açaraqsürücünü polis bölməsinə çatmamış öldürsələr də, partlayıcı qurğuişə düşüb.

Məqalədə:
Chosen
51
az.trend.az

1Sources