EN

"Moskva Paşinyanla münasibətləri tamamilə kəsmək qərarına gəlib" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın "Hraparak" qəzeti Kremlin rəsmi İrəvanla bağlı yeni strateji xəttini açıqlayıb. Nəşrin məlumatına görə, Rusiya rəhbərliyi Nikol Paşinyanın ziddiyyətli siyasəti və verdiyi vədlərə əməl etməməsi səbəbindən onunla əməkdaşlığı davam etdirməyin qeyri-mümkün olduğu barədə yekun qərar qəbul edib.

Nəşr bildirib ki, Moskvanın müvafiq strukturlarına Ermənistanda Rusiya ilə münasibətləri bərpa etmək proqramına malik qüvvələrin hakimiyyətə gəlməsi üçün səy göstərmək tapşırılıb. Ermənistan rəhbərliyinin (Alen Simonyan və Nikol Paşinyan) Kremllə təmas qurmaq və yüksək səviyyəli görüşlər təşkil etmək cəhdləri rədd edilib. Paşinyan hökumətinin daxildə anti-Rusiya əhval-ruhiyyəsi yaradıb, eyni zamanda Moskva ilə "oynamaq" cəhdlərinin artıq nəticə vermədiyi vurğulanır. Rusiya Prezidenti Vladimir Putinin "Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, onlarla işləyəcəyik" bəyanatı bu prosesin diplomatik fonu kimi qiymətləndirilir.

Qəzet qeyd edir ki, Moskva artıq mövcud hakimiyyətə etimadını tamamilə itirib və Ermənistanda siyasi dəyişikliklərdə maraqlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
olaylar.az

1Sources