EN

35 yaşlı yazıçı faciəvi şəkildə vəfat etdi

Kulis.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

35 yaşlı rus yazıçı Alan Jukovski Monteneqronun Budva şəhəri yaxınlığında baş verən bədbəxt hadisə nəticəsində vəfat edib.

Kulis.az xəbər verir ki, o, günbatımını çəkmək istəyərkən qayalıq ərazidə yerləşən ağaca çıxıb, lakin tarazlığını itirərək aşağı yuvarlanıb.

Məlumata görə, yazıçı tez-tez “foto ovuna” çıxır, estetik kadrlar çəkməyi sevirmiş. Hadisədən sonra o, təxminən altı gün ərzində axtarılıb və yalnız bundan sonra meyiti qayalığın ətəyində tapılıb.

Alan Moskva Yazıçılar İttifaqı üzvü idi, beş dil bilirdi və şeirləri müxtəlif ədəbi jurnallarda dərc olunmuşdu. O, Monteneqroya yaxınlarını ziyarət etmək üçün gəlibmiş.

Hazırda yazıçının yaxınları cəsədinin Rusiyaya aparılması üçün ianə toplayır. Dostları onu işıqlı, xeyirxah və istedadlı insan kimi xatırlayır.

Qara bayram - Mövlud Mövludun hekayəsi

Dünyanın ən varlı məşhurunun adı açıqlandı

"Bilirsən nəyin məni bəxtiyar etdiyini..." - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
1
kulis.az

2Sources