EN

"Artsax bayrağı"na görə vəzifədən qovuldu

Ermənistanın Armavir vilayətindəki Sardarapat icma məktəbinin direktoru Karine Smbatyan vəzifəsindən azad olunub. 

“İki sahil” xəbər verir ki, bu barədə "Hraparak" yazıb. 

O, məktəbin "şöhrət guşəsi"ndən "Artsax (Qarabağda ləğv olunmuş separatçı rejim - red.) bayrağını" götürmədiyinə görə istefa verməli olub. 

Bildirilib ki, Armavir qubernatoru Vahram Xaçatryan şəxsən məktəbə baş çəkib. Ondan sonra separatçılığın rəmzi məktəbdən yığışdırılıb və direktor istefa verməyə məcbur olub. 

Chosen
6
2
ikisahil.az

4Sources