Rusiya qoşunları aprelın 2-dən 3-nə keçən gecə Ukraynanın bəzi bölgələrini raketlərlə vurub.
Â
Herbiand.az xəbər verir ki, hava zərbələrinin əsas hədəfi Xarkov, Zaporojye, Sumı və Dnepropetrovsk vilayətləri olub.
Â
Xarkov şəhər meri İqor Terexov bildirib ki, bu şəhərə endirilən raket zərbələri nəticəsində çoxmərtəbəli binalara ziyan dəyib və bir qadın yaralanıb.
Â
"Xarkovun Kiyev rayonuna 4 ballistik raketin düşməsi nəticəsində bir neçə çoxmərtəbəli yaşayış binasına ziyan dəyib, pəncərələr uçub və qaz boru kəməri qırılıb", - deyə Terexov diqqətə çatdırıb.
Â
Zaporojyedə də Rusiyanın hücumu nəticəsində yaşayış binalarına ziyan vurulub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, şəhərin iki rayonundakı çoxmənzilli binalara zərər dəyib. Zavodski rayonunda 5 binaya ziyan dəyib, pəncərələri və eyvanları sınıb. Aleksandrovski rayonundakı başqa bir binaya da ziyan dəyib, pəncərələri sınıb və dam örtüyü zədələnib.
Â
Zaporojye Regional Dövlət Administrasiyası regional mərkəzə və Zaporojye rayonuna edilən hücumlarda 4 nəfərin yaralandığını dəqiqləşdirib.
Â
Rusiya qüvvələri Sumı bölgəsindəki Şostka yaşayış məntəqəsinə idarəolunan bombalarla zərbələr endirib.
Â
Hava hücumu nəticəsində 1 nəfər ölüb, 3-ü xəsarət alıb.
Â
Dnepropetrovsk bölgəsində Rusiya qüvvələri raketlər, dronlar və artilleriyadan istifadə edərək 4 rayona təxminən 30 hücum təşkil edib. Pavloqrad və Verxivtsevoda infrastruktur zədələnib. Nikopol bölgəsində çoxmərtəbəli binalar və infrastruktur dağıdılıb.