EN

Medvedçuk: ABŞ-ın NATO-dan çıxması alyansın dağılmasını qaçılmaz edəcək- ÖZƏL

Ukraynalı siyasətçi Viktor Medvedçuk ABŞ-ın NATO-dan çıxacağı təqdirdə alyansın geri dönməz şəkildə dağılacağını iddia edib. "Digər Ukrayna" hərəkatının rəhbəri və Ukraynada qadağan olunmuş "Müxalifət Platforması- Həyat naminə" partiyasının keçmiş lideri olan Medvedçuk bildirib ki, NATO-nun dağılması prosesi artıq başlayıb. Onun sözlərinə görə, Vaşinqton-da yüksək səviyyəli şəxslər tərəfindən ABŞ-ın alyansdan çıxması ilə bağlı açıqlamalar getdikcə artır və bu addım təşkilatın sonunu sürətləndirə bilər. Olaylar.az xəbər verir ki, Medvedçuk qeyd edib ki, Volodimir Zelenski NATO-ya üzvlük və təhlükəsizlik zəmanətləri tələb etdiyi dövrdə belə, alyans daxilində parçalanma meyilləri güclənib. Onun fikrincə, ABŞ-ın NATO-dan çıxması yalnız təşkilatın taleyini deyil, həm də qlobal siyasi balansı dəyişə bilər.
Siyasətçi hesab edir ki, belə bir ssenari ABŞ-ın Qrenlandiya və Kanada ilə bağlı iddialarını gündəmə gətirə, eləcə də Avropaya silah tədarükünün məqsədəuyğunluğunu sual altına qoya bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
35
olaylar.az

1Sources