EN

SEPAH  Dubayda “Oracle” şirkətinin data mərkəzini vurub 

Dünən SEPAH Dubayda yerləşən “Oracle” şirkətinin data mərkəzinə zərbə endirdiyini bildirib.

Bununla bağlı, “Tasnim News” agentliyi SEPAH-ın dəniz komandanlığına istinadən məlumat yayıb. Bildirilib ki, hücum “Oracle” məlumat bazasını hədəf alıb və bu addım İranın bölgədə ABŞ və İsrail şirkətlərinə qarşı əvvəlcədən səsləndirdiyi təhdidlər çərçivəsində həyata keçirilib.

Məlumatda qeyd olunur ki, zərbələr, habelə, “Amazon”un bulud infrastrukturunun hədəf alınması ilə paralel baş verib.

Bundan öncə “The Wall Street Journal” öz mənbələrinə istinadən xəbər vermişdi ki, çərşənbə günü həyata keçirilən hücumlar nəticəsində “Amazon”un bulud hesablama xidmətləri müəyyən müddətə sıradan çıxıb.

Chosen
22
veteninfo.az

1Sources