İranın cənubundakı Buşehr şəhəri yaxınlığında bir neçə partlayış qeydə alınıb. 1news.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb. Məlumata görə, raket buraxılış qurğuları hədəfə alınıb. İran tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.