Mayın 19-da, saat 12:00-da "Xəzər-Lada" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Sərnişindaşımada istifadə olunan avtomobillərə dair tələblər dəyişəcək - 3 AY VAXT VERİLDİ - SƏRƏNCAM
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq Xırdalan şəhərində - Bakı-Sumqayıt şossesinin 16-cı km-liyində olacaq.
Yığıncağın gündəliyinə şirkətin illik hesabatının və Təftiş Komisssiyasının illik aktının müzakirə edilməsi, müəssisənin Prezidentinin, İdarə Heyətinin, Müşahidə Şurasının və Təftiş Komissiyasının yeni tərkibinin seçilməsi, dividend və mükafatların verilməsi, kənar auditorun təsdiq edilməsi məsələləri daxildir.