İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ-a məxsus qırıcının vurulduğunu açıqlayıb.
Xəbər verilir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 tipli təyyarə ölkənin mərkəzi bölgələri üzərində vurularaq qəzaya uğrayıb. Məlumata görə, zərbə SEPAHın hava hücumundan müdafiə sistemi vasitəsilə endirilib.
Ekipaj üzvlərinin katapult etmə ehtimalının aşağı olduğu qeyd olunur.