Azərbaycan Basketbol Liqasında bu gün pley-in mərhələsinə strart veriləcək.
"Report"un məlumatına görə ilk gündə iki qarşılaşma baş tutacaq.
Saat 15:00-da "Quba" evdə "Şəki" ilə üz-üzə gələcək. Oyun Quba Olimpiya İdman Kompleksində keçiriləcək.
Saat 19:00-da isə "Naxçıvan"la "Sərhədçi" qarşılaşacaq. Bu görüş Bakı İdman Sarayında baş tutacaq.