EN

“Orion” gəmisi AY YOLUNDA

"Artemis II" missiyasının "Orion" kosmik gəmisinin heyəti Ay trayektoriyasına çıxmaq üçün manevri uğurla başa vurub.

Publika.az xəbər verir ki, bu barədə NASA rəhbəri Cared Ayzekman məlumat verib.

Çərşənbə günü daşıyıcı raket Kanaveral burnundan start götürərək on gün ərzində Yerin peykinin ətrafında dövrə vurub geri qayıdacaq dörd astronavtı "Orion" gəmisinin göyərtəsində orbitə çatdırıb.

"Ay trayektoriyasına çıxmaq üçün mühərrikin nominal iş rejimi tamamlanıb. 'Artemis II' heyəti rəsmən Aya doğru yoldadır", — deyə Ayzekman "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

Hüseyn İbadlı

Chosen
55
7
publika.az

10Sources