ain.az bildirir, Apa.az saytına əsaslanaraq.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regionda yeni hücumlarla bağlı açıqlama verib.
APA xəbər verir ki, bu barədə SEPAH-ın “X” hesabında bildirib.
Məlumata görə, qurum Dubayda ABŞ-ın “Oracle” şirkətinə məxsus data mərkəzinə, eləcə də Bəhreyndə “Amazon”a aid obyektə zərbə endirdiyini iddia edib.
“İran vətəndaşlarının öldürülməsinə cavab olaraq hərəkətlərimizin terror maşınının sıradan çıxarılmasına yönələcəyini əvvəlcədən xəbərdarlıq etmişdik”, – deyə bəyanatda qeyd olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.