AMEA Arxeologiya və Antropologiya İnstitutu və Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun birlikdə apardığı elmi tədqiqatının nəticəsi elan olunub.
"Unikal" xəbər verir ki, Azərbaycanın cənub-şərq bölgəsində, orta dağlıq ərazidə, Yardımlı rayonundakı Viləşçay yaşayış yerində aparılan qazıntılar zamanı aşkarlanmış nümunələr üzərində kimya üzrə fəlsəfə doktoru Aybəniz Əhədovanın 4 aydan artıq apardığı laborator tədqiqatların nəticəsi olaraq abidənin e.əv. II minilliyin ortalarına - yəni Orta Tunc dövrünə aid olması faktı əldə edilib.