ain.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
İsveçrədə inflyasiya son bir ilin ən yüksək səviyyəsinə - 0,3%-ə çatıb.
Banco.az xəbər verir ki, İsveçrədə inflyasiya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz artıb. “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçıların proqnozu isə 0,5 faiz artım səviyyəsində idi.
İllik inflyasiya əvvəlki üç ay ərzində hər ay 0,1 faiz olmaqla artım göstərmişdi.
Statistika İdarəsi cümə axşamı yaydığı açıqlamada bildirib ki, artımın əsas səbəbi isitmə xərclərinin yüksəlməsidir. Yerli tənzimləmələrə görə, elektrik və təbii qaz tariflərində mümkün artımlar istehlakçılara gecikmiş şəkildə təsir göstərəcək.
Enerji kimi dəyişkən komponentlər çıxıldıqdan sonra hesablanan əsas inflyasiya göstəricisi isə 0,4 faiz səviyyəsində qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.