EN

Yaxın Şərqdə hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı artır » AzadMedia.az

Yaxın


Al Jazeera telekanalı Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar nəticəsində ölən və yaralananlarla bağlı yenilənmiş məlumatları yayıb.

Məlumata görə, İran Səhiyyə Nazirliyinə istinadən bildirilir ki, fevralın 28-dən etibarən ölkədə azı 2076 nəfər həlak olub, 26 500 nəfər isə yaralanıb.

Livanda 1345 nəfərin öldüyü, onlardan 125-nin uşaq olduğu qeyd edilir. Həmçinin 4040-dan çox insan yaralanıb.

İsraildə 28 nəfər həyatını itirib. Onların arasında Livanda öldürülən 10 israilli hərbçi də var. Bundan əlavə, 3223 yaralı xəstəxanaya yerləşdirilib.

ABŞ regionda 13 hərbçisinin döyüş zamanı, daha 2 nəfərin isə qeyri-döyüş şəraitində öldüyünü açıqlayıb. 200 nəfər yaralanıb.

İşğal altındakı Qərb Sahilində 4 nəfərin öldüyü bildirilir.

Digər ölkələr üzrə göstəricilər belədir:
— Birləşmiş Ərəb Əmirlikləri: 12 ölü, 169 yaralı
— Bəhreyn: 3 ölü
— Səudiyyə Ərəbistanı: 2 ölü, 20 yaralı
— Küveyt: 6 ölü
— Oman: 3 ölü
— Qətər: 16 yaralı
— İordaniya: 20 yaralı
— Suriya: 4 ölü
— İraq: 107-dən çox ölü

Məlumatda bildirilir ki, regionda vəziyyət gərgin olaraq qalır və itkilərin sayının artmaqda davam edəcəyi istisna edilmir.

Chosen
25
1
azadmedia.az

2Sources