EN

Rusiyanın neft ixracı azalır

Rusiyada neft hasilatının və ixrac imkanlarının azalması artıq qaçılmaz mərhələyə daxil olub. Ukraynanın ölkənin liman infrastrukturu, boru kəmərləri və neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində ixrac potensialı gündə təxminən 1 milyon barel və ya ümumi gücün beşdə biri qədər azalıb.

"Unikal" xəbər verir ki, məlumatı Reuters agentliyi sənaye üzrə üç mənbəyə istinadən yayıb. Bildirilir ki, bu azalma qlobal enerji bazarlarında onsuz da mövcud olan gərginliyi daha da artırır.
Son bir ayda Ukrayna Rusiyanın neft ixrac infrastrukturuna hücumlarını əhəmiyyətli dərəcədə intensivləşdirib. Xüsusilə, dörd ildən artıq davam edən müharibənin ən iri pilotsuz uçuş aparatı (PUA) hücumları çərçivəsində Baltik dənizi sahilində yerləşən Ust-Luqa və Primorsk limanları hədəf alınıb.
Analitiklər qeyd edir ki, hazırda Rusiyanın ümumi ixrac potensialı ən azı 20 faiz azalıb. Bu göstərici mart ayında qeydə alınmış 40 faizlik pik səviyyədən aşağı olsa da, bazar üçün hələ də ciddi təsir hesab olunur.
Mütəxəssislərin fikrincə, Yaxın Şərqdə davam edən münaqişə fonunda bu azalma qlobal neft təchizatında əlavə fasilələr yarada və qiymətlərin artmasına səbəb ola bilər.

Chosen
27
unikal.az

1Sources