EN

“BMW” ilə sürücünün yolunu kəsərək təhqir etdi -10-ZO-063 - VİDEO

Paytaxtın Sabunçu rayonu, Bakıxanov dairəsində qayda pozan sürücü kameraya düşüb.

Redaktor.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə aprelin 4-də saat 11:52 radələrində qeydə alınıb. Videodan görünür ki, 10-ZO-063 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü soldakı nəqliyyat vasitəsinə əhəmiyyət vermədən zolağını dəyişib.

Nəticədə o, görüntünü qeydə alan avtomobilin qarşısına çıxaraq hərəkətini məhdudlaşdırıb. Məcbur qalan sürücü sola manevr edərək toqquşmadan yayınmağa çalışıb və qayda pozan sürücüyə siqnal verib.

Kadrlardan həmçinin görünür ki, “BMW” sürücüsü qayda pozuntusu ilə kifayətlənməyərək digər sürücüyə qarşı nalayiq ifadələr işlədib və daha sonra yenidən sol zolağa keçərək hərəkətinə davam edib.

Chosen
36
1
redaktor.az

2Sources