EN

Sarayda məktəbə 960 şagird yerlik əlavə bina tikilir

Bakı.Trend:

Abşeron rayonu, Saray qəsəbəsində 1 nömrəli tam orta məktəbəsaslı təmir ediləcək və 960 şagird yerlik əlavə korpustikiləcək.

Trend xəbərverir ki, tender Elm və Təhsil Nazirliyinin Təsərrüfat HesablıƏsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən elan edilib.

Tender üçün ehtimal olunan məbləğ bir milyon üç yüz doxsan ikimin altmış doqquz manat 78 qəpikdir. Təkliflər aprelin 30-u18:00-dək qəbul ediləcək.

Qeyd edək ki, Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbi Abşeronrayonunun iri ümumtəhsil müəssisələrindən biridir. Mövcud təmir vəgenişləndirmə layihələri məktəbin şagird tutumunun artırılmasına vətədris şəraitinin yaxşılaşdırılmasına yönəlib.

Chosen
70
3
az.trend.az

4Sources