EN

Yunanıstanda Azərbaycanlıya 300 il həbs cəzası verildi

Bakı. Trend:

Yunanıstanın Dodekanes Apellyasiya Məhkəməsi Rodosda iki miqrantqaçaqmalçısına 600 il həbs cəzası verib. Müttəhimlərdən birininAzərbaycan vətəndaşı olduğu deyilir.

Trend xəbər verirki, bu barədə CNN Greece məlumat yayıb.

Müttəhimlərin kimliyi açıqlanmır. Onlar 2025-ci ilin oktyabrayının əvvəlində 59 nəfəri qanunsuz şəkildə Karpatos adasınaçıxarıblar.

Apellyasiya Məhkəməsi uzunmüddətli həbs cəzaları ilə yanaşı, 29yaşlı Azərbaycan vətəndaşına və 30 yaşlı Moldova vətəndaşına700.000 avro məbləğində cərimə də tətbiq edib.

Daha dəqiq desək, məhkəmə 29 yaşlı azərbaycanlıya ümumilikdə 300il 7 ay həbs cəzası və 350.500 avro cərimə, həmçinin 30 yaşlıMoldova vətəndaşına 300 il 1 ay həbs cəzası və 350.500 avro cərimətəyin edib.

Qeyd olunur ki, qaçaqmalçı kater Türkiyə sahillərindən yoladüşmüş və 5 oktyabr 2025-ci ildə Karpatos adasının sahilində sahilmühafizə xidməti tərəfindən aşkarlanmışdır. Yunanıstanın sahilmühafizə xidməti kateri təqib etmiş və onu açıq dənizdəsaxlamışdır. Bir neçə miqrantın səhhətində problemlər yaranmış,onlardan biri Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus helikopterləxəstəxanaya çatdırılmışdı.

Chosen
39
7
az.trend.az

8Sources