EN

Qalibaf: Mlyonlarla insan silaha sarılmağa hazırdır...

Parlament spikeri Məhəmməd Baqer Qalibaf ölkə üzrə genişmiqyaslı kampaniyanın nəticələrini açıqlayıb…

Poliqon xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf ölkədə aparılan səfərbərlik kampaniyasının qısa müddətdə böyük rezonans doğurduğunu bildirib. Onun sözlərinə görə, bir həftədən az müddətdə həyata keçirilən ümummilli kampaniya çərçivəsində artıq təxminən 7 milyon iranlı silaha sarılaraq ölkəni müdafiə etməyə hazır olduğunu bəyan edib.

Qalibaf vurğulayıb ki, İran cəmiyyəti yalnız sözlə deyil, real hərəkətlərlə də vətənin müdafiəsinə sadiqliyini nümayiş etdirir. O qeyd edib ki, iranlılar tarix boyu öz ölkələrinin təhlükəsizliyi uğrunda qan töküblər və bu ənənəni davam etdirməyə hazırdırlar.

İran parlamentinin spikeri həmçinin mümkün xarici təhdidlərə qarşı sərt mesaj verərək bildirib ki, ölkəyə yönələcək hər hansı hücum yalnız dövlətlə deyil, bütöv xalqla qarşılaşmaq demək olacaq. Onun sözlərinə görə, İran cəmiyyəti silahlı, hazırlıqlı və sonadək müqavimət göstərmək əzmindədir.

Ekspertlərin fikrincə, bu cür açıqlamalar regionda artan gərginlik fonunda Tehranın daxili səfərbərlik potensialını nümayiş etdirmək və mümkün hərbi-siyasi təzyiqlərə qarşı çəkindirici mesaj vermək məqsədi daşıyır. Bununla yanaşı, belə kütləvi çağırışlar ölkə daxilində milli birlik və həmrəyliyin gücləndirilməsi istiqamətində də mühüm rol oynayır.

Müşahidəçilər hesab edir ki, səfərbərliklə bağlı bu miqyaslı rəqəmlərin açıqlanması İranın regiondakı mövqeyini möhkəmləndirmək və rəqiblərinə psixoloji təsir göstərmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Poliqon.info

Chosen
15
poliqon.info

1Sources