EN

Azərbaycan və Türkiyə arasında strateji əlaqələr müzakirə olunub

Bakı. Trend:

Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə səfərdə olanTürkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb.

Trend xəbər verir ki, bubarədə Nazirlər Kabineti məlumat yayıb.

Görüş zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq vəmüttəfiqlik münasibətlərinin bütün sahələr üzrə uğurla inkişafetdiyi məmnunluqla qeyd olunub.

Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən həyata keçirilənardıcıl və məqsədyönlü siyasətin bu münasibətlərin daha damöhkəmlənməsində əsas amil olduğu vurğulanıb.

Tərəflər ötən ilin dekabrında Bakı şəhərində keçirilmiş iqtisadiəməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasınınnəticələrini müsbət qiymətləndirərək, iqtisadiyyat, investisiya,enerji, nəqliyyat və digər sahələrdə ikitərəfli əməkdaşlığıngenişləndirilməsi məsələlərini müzakirə ediblər, bir sıraistiqamətlərdə birgə layihələrin icra vəziyyətini nəzərdənkeçiriblər.

Görüşdə həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsindəəməkdaşlıq məsələlərinə toxunulub, təşkilatın üzv dövlətləriarasında həmrəyliyin və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.Bu baxımdan Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına ÜzvDövlətlərin Hökumət Başçılarının/Vitse-Prezidentinin Görüşününönəmi xüsusi qeyd edilib.

Məqalədə:
Chosen
53
9
az.trend.az

10Sources